6 C
Baku
Sunday, December 15, 2024

Özbəkistan ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması planlaşdırılır

Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təkliflə çıxış edib.

Report agentliyi xəbər verir ki, belə bir təkliflə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində Turkdilli olkələrin iqtisadiyyat nazirlərinin istiraki ilə biznes forumda çıxış edib.

“Biz münasibətlərimizi yeni mərhələyə qaldırmağa hazırıq. TDƏŞ ölkələri arasında ticarət əlaqələri çox dərin köklərə malikdir. Bu ilin yanvar ayının göstəricisinə uyğun olaraq Özbəkistan ilə TDƏŞ ölkələri arasında ticarət dövriyyəsi 5 mlrd dollardan çox olub”, – deyə Sardor Umurzakov bildirib.

Onun sözlərinə görə, TDƏŞ ölkələri yeni bazarlara çıxmalıdır.

Nazir əlavə edib ki, Mərkəzi Asiyadan, Türkiyədən Azərbaycandan keçməklə Şərqi Avropa ölkələrini birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasi, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm töhfə ola bilər.

Son xəbərlər
Digər xəbərlər