Səudiyyə Ərəbistanı hakimiyyəti “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin 3 faizə qədərini yerli birjada yerləşdirmək niyyətindədir. Bu, noyabrda reallaşa bilər.
“Financial Times” nəşrinin məlumatına görə, hazırda Səudiyyə fond birjasında məhz IPO Ər-Riyad üçün prioritetdir. Beynəlxalq meydançalardan birində listinq daha sonra ola bilər.
Daha əvvəl mənbələrə istinadən “Reuters” agentliyi bildirib ki, IPO “Saudi Aramco” 2019-cu ildən Səudiyyə birjasında səhminin 1 faizini yerləşdirməyə başlaya və 2020-ci ildə beynəlxalq meydançalardan birində satışı daha 1 faiz səhmlə davam etdirə bilər.
“Saudi Aramco”nun səhmləri əvvəllər bütovlükdə 2 trilyon dollar qiymətləndirilib.