Oktyabr ayının sonunda Çində satışa çıxarılması gözlənən “Huawei”in qatlana bilən smartfon modeli “Mate X”in video görüntüləri sızdırılıb.
Videoya əsasən smartfon qutuda açıq halda yerləşdirilib. Həmçinin qutuda “Mate X” üçün dəri örtük də yer alıb ki, model qatlandıqdan sonra həmin örtüyə yerləşə bilir.
Videoda diqqət çəkən detal isə qatlanma düyməsinin yerinin dəyişdirilməsi olub. Cihazın digər dizayn detallarının isə ilk model ilə eyni olduğu görünür.
Qeyd edək ki, “Huawei”in qatlana bilən “Mate X” modeli fevral ayında tanıdılsa da, smartfonun satışları bir neçə dəfə təxirə salınmış, şirkət köhnə modeldə bir sıra dəyişikliklər edəcəyini demişdi.
©Finans.az