Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.
Bu barədə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.
Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.
«Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz. Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq»-deyə Ağakərim Səmədzadə bildirib.
Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək: «Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik» – deyə dövlət rəsmisi bildirib.