10 C
Baku
Wednesday, December 11, 2024

Çin Makaoda “Nastaq”a bənzər birja yarada bilər

Hong-Kongdakı uzun sürən siyasi böhran, Pekinin iqtisadi və maliyyə təşəbbüslərini inkişaf etdirmək üçün Makaodan istifadə edə bilər.

Banker.az xəbər verir ki, bu haqda “Asia Times” yazır.

Makaoda qurulacaq yeni birja haqqında son xəbərlər bu gözləntiləri daha da gücləndirir. Yerli mətbuatın verdiyi məlumata görə, bu birja Hong-Kong, Şanxay və Şenjen birjalarında sonra sayca dördüncüdür.

Quandun maliyyə şöbəsinin müdiri Xe Xiaojun, keçən həftə sonu Guancou forumunda yeni meydançanın “Nastaq” birjasına bənzər olacaqdır.

Müşahidəçilər qeyd edirlər ki, Makao Portuqaliya, Braziliya, Anqola və digər portuqal dilli ölkələr ilə dil və mədəni əlaqələrini ticarət və investisiya sahəsində yuanı təşviq etmək üçün istifadə edə bilər.

Xatırladaq ki, Hong-Kongdakı kütləvi etirazlar “bir ölkə iki sistem” prinsipini sınaqdan keçirərkən, Pekin Şenjeni sosialist şəhərə çevirmək planını işləyib hazırladı. Hökumət bununla ölkəni yeni inkişaf səviyyəsinə qaldıra biləcəyinə ümid edir.

Belə olan təqdirdə, irəli sürülən fərziyyələrdən birinə görə, gələcəkdə Şenjen Pekini qabaqlayaraq Böyük körfəzin maliyyə mərkəzinə çevrilə bilər. Lakin reallıqda, bu olduqca çətindir.

 

 

Son xəbərlər
Digər xəbərlər