Quşçuluq şirkətinin səhmləri satışa çıxarılıb

“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi 2019-cu il noyabrın 5-də Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.

Banker.az xəbər verir ki, Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı olan “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən şirkətin səhmləri artıq bir neçə dəfədir ki, satışa çıarılsa da, satıla bilməyib.

 
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər