1 C
Baku
Saturday, December 14, 2024

Xəzərdə daşımalar üçün birgə gəmiçilik şirkəti yaratmağı planlaşdırılır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ölkələri Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması məqsədilə Xəzərdə daşımalar üçün birgə gəmiçilik şirkəti yaratmağı planlaşdırır.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev deyib.

“Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəli marşruta çevrilməsi məqsədilə nəqliyyat və gömrük sahəsində optimal və əlverişli şərtlərin formalaşmasını gündəliyə çıxarırıq. Dəhliz boyu logistika xərclərini azaldaraq nəqliyyat və gömrük sektorunun operativliyini artırmaq çox vacibdir. Bunun üçün Xəzər üzrə birgə gəmiçilik şirkətinin yaradılmasının müzakirəsini planlaşdırırq”, – Amreyev bildirib.

©  “İnterfaks-Azərbaycan”

 

Son xəbərlər
Digər xəbərlər