Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 103 183 sərnişin daşıyıb.
Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.
İlin ilk doqquz ayı ərzində AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 3%-ə barəbər olub. Bu ilin birinci yarısında Azərbaycanın milli daşıyıcısı Gürcüstana 51 927 sərnişin daşımaqla ölkənin aviasiya bazarında 2% paya sahib olub.
Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 3 569 002 sərnişin daşıyıb.
Qonşu ölkəyə daşınan sərnişinlərin sayına görə birinci yeri “Wizz Air” (592 988 nəfər), ikinci yeri “Türk Hava Yolları” (443 932 nəfər), üçüncü yeri isə “Gürcüstan Hava Yolları” şirkəti (435 208 nəfər) tutub.
©Report