11 C
Baku
Tuesday, November 5, 2024

Şəmkirli «ASAN» -ı aldada bilmədi

Şəmkir rayonunun Təzəkənd kəndinin sakini Yavər Hacıyev “ASAN” xidmətin Gəncədəki mərkəzindən saxta yolla şəxsiyyət vəsiqəsi almağa cəhd edib.

Yavər Hacıyev Rusiyaya qayıtmaq məqsədilə Təzəkənd kəndinin icra nümayəndəsi tərəfindən verilmiş sənədi saxtalaşdıraraq ona öz şəklini yapışdırmışdır. Daha sonradan o saxta sənədi “ASAN” xidmətin Gəncədə yerləşən mərkəzinə təqdim edərək öz şəxsiyyət vəsiqəsini itirdiyini bildirir. Araşdırmalar nəticəsində belə aydın olur ki, Yavər Hacıyev yeni şəxsiyyət vəsiqəsi və yeni ad əldə etmək istəyib. Gəncə şəhərinin Baş polis idarəsi tərəfindən fakt üzrə araşdırmalar aparılır.

Son xəbərlər
Digər xəbərlər