Dünyanın bir sıra ölkələrində “YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.
Report agentliyi xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” portalı məlumat yayıb.
Nasazlıq Bakı vaxtı ilə saat 03:40 radələrində yaranıb. Xidmətin istifadəçiləri (54%) daha çox videolara baxışlarda problemlərin yaranmasından şikayət edirlər. İstifadəçilərin 44%-i “YouTube” hostinqinin ümumiyyətlə işləmədiyini bildirirlər.
Xidmətin işində problemlər dünyanın demək olar bütün ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunur. Respublikamızda müşahidə edilən problem əsasən videolara baxışda özünü göstərir.