18 C
Baku
Sunday, April 28, 2024

Deputat Azərbaycandakı internetin sürətindən şikayətlənib

“Azərbaycanda internetin orta sürəti 3.1 Mbit/saniyədir. Hesablamalara görə internetin sürətinin 2 dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur”.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat deyib ki,  2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.

“Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir”.

Deputat xatırlatma edərək bildirib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.

©Modern

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər