Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,917 milyard kubmetr qaz nəql edilib.
Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5% artım müşahidə olunub.
Qazın nəqlinin 37,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 7,413 milyard kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 28,1% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
©Report