VTB (Azərbaycan) 11 000 manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrini aşağı salınmasına dair aksiya keçirir. Aksiya 2014-cü ilin avqustun 1-dək davam edəcəkdir.
Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınmışdır. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi – 26 % olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.
Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv etmişdir. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.
Comments are closed.