12 C
Baku
Monday, September 30, 2024

Braziliya – Müqəddəs Xaçın vətəni

Braziliyanın adı Pau Brasil qırmızı ağacının növündən götürülmüşdür. Əvvəllər ölkənin adı Terra-de-Santa-Cruz kimi adlandırılırdı və bu da tərcümədə Müqəddəs Xaçın vətəni mənasına gəlir.

Ölkənin rəsmi dini olmasa da, əhalinin 74%-i katolikdir.

Braziliyanın paytaxtı dünyanın ən yaxşı memarlarından biri olan Oskar Nimeyer tərəfindən layihələşdirilmişdi. Zarafat deyil, nəhəng şəhər 3,5 ilə yaradılıb. Ölkənin ən böyük şəhərləri isə San-Paulu və Rio-de-Janeyrodur. Rio-de-Janeyronun adı Yanvar çayı kimi tərcümə edilir.

Rio-de-Janeyronun xilaskar heykəli və Braziliyanın simvolu dünyanın yeni yeddi möcüzəsindən biridir.

Demək olar ki, hər bir iri şəhər favellərlə – kasıb rayonlarla əhatə olunub. Hətta polis belə bu ərazilərə daxil olmaqdan çəkinir. Bununla belə, Braziliya polisi sivilizasiyalı ölkələr içərisində ən qəddar polis hesab edilir.

Braziliyalıların 74,5%-i hər iki cinsin nümayəndəsi futbolla maraqlanır.

Braziliyanın futbol üzrə yığma komandası dünyanın yeganə komandasıdır ki, bütün Dünya çempionatlarında iştirak edib və 5 dəfə çempion olub.

Braziliyanın hər şəhərində heç olmasa 1 stadion var. Braziliya öz stadionlarının sayına görə rekord sahibidir.

timthumbBraziliyalıların ikinci məşğuliyyətləri rəqsdir. Fevral ayında Rio-de-Janeyroda məşhur Braziliya karnavalı keçirilir və 4 gün davam edir.

“OK” jesti Braziliyada qəzəb və qıcıqlanma rəmzidir.

Braziliyada ən populyar hədiyyə güllərdir.

Burada dünyanın ən yaxşı qəhvəsi hazırlanır, lakin braziliyalılar özləri kakaonu öz sevimli içkiləri hesab edirlər. Qəhvə XVIII əsrə qədər Braziliyada inkişaf etmiyib və 1727-ci ildə Fransa Qvineyasından gətirilmişdi.

Braziliya hökuməti ətraf mühitin qeydinə qalır. Ölkədə 5 000000 avtomobil bioyanacaq ilə işləyir.

Yeri gəlmişkən, Rio-de-Janeyroda sürücülər 22:00-dan səhər 5:00-a qədər qırmızı işıqda keçə bilərlər. Bu avtomobil qarətləri riskini azaltmaq üçün görülən tədbirlərdən biridir.

Braziliyalı məktəblilər çıxmış süd dişlərini öz müəllimlərinə verir və müəllimləri də öz növbəsində onları stomatoloji klinikalara təqdim edir. Bu kilinikalarda isə uşaqların süd dişlərindən bu və ya digər səbəbdən dişlərini itirmiş yeniyetmələr üçün yeni dişlər hazırlanır.

Braziliyada ən populyar adlar kişilər üçün Gabriel, qadınlar üçün isə Giuliya adıdır.

Bir braziliyanın tam adı üç hissədən ibarətdir: adı, anasının soyadı və atasının soyadı.

Braziliyanın əsas dili portuqal dilidir.

Son xəbərlər
Digər xəbərlər