Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.
Əksər hallarda həcmli əşyaların çapında plastikdən istifadə edilir. Bundan başqa, mütəxəssislər müxtəlif sənaye və elmi sahələrə uyğun gələn bir çox başqa materialların (metal və rezin) tətbiqini öyrəniblər.
Mühəndislər bir neçə müxtəlif şokolad qarışığından istifadə ediblər və içərisi maye şirniyyatla doldurulmuş konus əldə ediblər. Bundan başqa, mütəxəssislər bir neçə qeyri-adi fiqur (səkkizayaqlı ilbiz, mebel və hətta əjdaha) düzəldiblər.
©İctnews