-1 C
Baku
Sunday, December 15, 2024

Nazir müavini: Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi 65% təşkil edir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən indiyədək taxıl istehsaı və onlarlın emalı ilə bağlı layihələrə $71 mln. məbləğində güzəştli kredit verilib. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

“Bu layihələrə aqroparklar, iri fermer təsərrüfatlarının yaradılması daxildir. Bundan başqa, SİF 456 min ton tutumlu 30 taxıl anbarının yaradılmasına güzəştli kreditlər verib”, – Məmmədov bu gün Bakıda XI Beynəlxalq Taxıl Ticarət Konfransında bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda 3,3 mln. ton taxıl, həmçinin 2 mln. ton buğda istehsal olunub. Taxıl istehsalının artımı 13%, buğdanın – 12% təşkil edib.

“Beləliklə, Azərbaycanın taxıl ilə özünütəminat səviyyəsi 66%-dən 74%-dək, buğda ilə özünütəminat səviyyəsi – 58%-dən 65%-dək artıb”, – nazir müavini qeyd edib.

Məmmədov qeyd edib ki, 2019-cu il oktyabrın 1-nə Azərbaycanda taxıl yığımı 3,4 mln. ton, həmçinin buğda yığımı – 2”, mln. ton təşkil edib.

2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.

SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.

İnterfaks.az

Son xəbərlər
Digər xəbərlər