24 C
Baku
Monday, April 29, 2024

Dünya ölkələrinin əqli mülkiyyəti $53 trln. dəyərində qiymətləndirilib

2018-ci ildə dünya ölkələrinin əqli mülkiyyəti 53 trilyon dollar dəyərində qiymətləndirilib.

Banker.az xəbər verir ki, bu barədə Moskvada “Açıq innovasiyalar” forumunda Rusiyanın Əqli Mülkiyyət Federasiyasının prezidenti Sergey Matveev açıqlama verib.

“2015-ci ildə qeyri-maddi aktivlər 20 trilyon dollar, 2018-ci ildə isə 53 trilyon dollar dəyərində qiymətləndirilmişdir. Dünyanın Top-500 reytinqinin şirkətlərə nəzər salsanız görəcəksiniz ki, onların əqli mülkiyyətin yaradılmasına qoyduqları investisiyalar ümumi investisiyaların 94%-ni təşkil edir”.

“Intelligence value. Əqli mülkiyyət obyektlərinin dəyərinin qiymətləndirilməsi” diskussiyası çərçivəsində ekspertlər bu sahədə real qiymətləndirmə  mexanizmlərinin hazırlanmasının zəruriliyini qeyd ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər