Gələn il nazirliklərə ayrılan vəsaitin məbləği müəyyənləşib.
Bu haqda Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfində qeyd edilib.
Gələn il Nazirlər Kabinetinə 127 milyon 227 min 66 manat vəsait ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 149,5% çoxdur. Belə ki, 2019-cu ildə Nazirlər Kabinetinə 85 milyon 114 min 77 manat vəsait ayrılıb.
Xarici İşlər Nazirliyinə 204 milyon 166 min 32 manat vəsait ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 185,8% çoxdur. 2019-cu ildə Xarici İşlər Nazirliyinə 10 milyon 988 min 379 manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 82 milyon 998 min 82 manat vəsait ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 167, 8% çoxdur. 2019-cu ildə adıçəkilən nazirliyə 49 milyon 450 min 90 manat vəsait ayrılıb.
Təhsil Nazirliyinə 150 milyon 8 min 945 manat vəsait ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 148,2% çoxdur. 2019-cu ildə Təhsil Nazirliyinə 101 milyon 265 min 73 manat vəsait ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyinə 216 milyon 963 min 16 manat vəsati ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 146,7 % çoxdur. 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinə 147 milyon 864 min 88 manat vəsait ayrılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiniə 42 milyon 598 min 52 manat vəsait ayrılacaq. Bu rəqəm ötən illə müqayisədə 160,7% çoxdur. 2019-cu ildə adıçəkilən komitəyə 26 milyon 512 min 51 manat vəsait ayrılıb.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.