8 C
Baku
Friday, December 13, 2024

Tədqiqat: Üzvi əkinçilik iqlim dəyişikliyinə mənfi təsir göstərir

Üzvi əkinçilik istixana qazı tullantılarının miqdarını azaltsa da, daha az məhsul edir. Məhsuldarlıqdakı fərqi kompensasiya etmək üçün üzvi təsərrüfatlar əkin sahələrini artırırlar və bu, istixana qazı tullantılarının miqdarının artmasına gətirib çıxarır.

Banker.az xəbər verir ki, bu haqda ingilis alimlərinin araşdırmasına istinadən “MIT Technology Review” yazır.

Yaşıl əkinçilik heyvandarlıq təsərrüfatından irəli gələn istixana tullantılarını 5%, kənd təsərrüfatından irəli gələn tullantıları isə 20% azaldır. Bununla yanaşı, yaşıl əkinçilik istehsalı təxminən 40% artırır.

Yaşıl və adi istehsal arasındakı məhsuldarlıq fərqini kompensasiya etmək üçün otlaq və ya meşə ərazilərini təmizləmək lazımdır. Nəticədə, istixana qazlarının artması problemi ortaya çıxır.

Alimlərin fikrincə, İngiltərədə üzvi əkinçiliyə keçmək üçün (tədqiqat orada aparılmışdır) hal-hazırda 50% миллениалов покупают больше органических продуктов, чем делали это пять лет назад. Для них важно, откуда взялась еда на прилавке, и они готовы платить больше за экологичные продукты. istifadədə olan torpaq sahələrini 1,5 dəfə artırmalıdır.

Qeyd edək ki, millenialların 50%-i beş il əvvəlki dövr ilə müqayisədə daha çox üzvi məhsullara üstünlük verir. Onlar üçün ərzaqların haradan gəldiyi vacib olduğuna görə, ekoloji cəhətdən təmiz olan məhsullara daha çox pul ödəməyə hazırdırlar.

 

 

Son xəbərlər
Digər xəbərlər