12 C
Baku
Monday, September 30, 2024

“50 səhifə qaydası”

Yalnız yaxşı kitablar oxumaq üçün çox sadə və inanılmaz bir üsul var. Bu üsul “50 səhifə qaydası”-dır və mahiyyəti bundan ibarətdir:

Bir kitabı 50 səhifə oxuduqdan sonra oxumağa davam etmək istəmirsinizsə onu bir kənara qoyub, bir daha ona dönməyə bilərsiniz.

Bir kitabın 50 səhifəsini oxumaq üçün mətnin çətinliyi və oxuma sürətindən asılı olaraq yarım saatdan 1 saata qədər vaxt tələb edilir. Oxunulan bu yarım saat kitabın qalan hissəsinin nə dərəcədə maraqlı olduğunu 99% dəqiqliklə demək iqtidarındadır.  Əgər kitab yarım saat ərzində özünü təsdiq etməyi bacarmayıbsa, onu oxumağa davam etməyin heç bir mənası yoxdur.

Dünyada hər gün yüzlərlə, minlərlə kitab buraxılsa da, onlardan yalnız 10-larlası əsl oxunulacaq kitablar adını qazanır. Bu da bir aya bir neçə yüz kitab edir. Onların hər birini oxumaq qeyri-mümkündür, deməli ən yaxşı kitabları oxumaq lazımdır. Ən yaxşı kitablar ilə “qidalanmaq” üçün isə yaxşını pisdən seçməyi bacarmaq lazımdır.

Gəlin yalnızca maraqlı kitabları oxuyaq. Maraqsız və lazımsız kitabları isə sevmədiyiniz insanlara hədiyyə verə bilərsiniz…

Son xəbərlər
Digər xəbərlər