İngiltərənin “Sauthempton” klubunun məşqçi və futbolçu heyətinin maaşlarının bir hissəsi xeyriyyə fonduna köçürüləcək.
Bu barədə qərar Premyer Liqanın X turunda “Lester”ə 0:9 hesablı məğlubiyyətdən sonra verilib.
Vəsait Müqəddəslər Fonduna köçürüləcək. Komanda üzvləri bu məqsədlə bir günlük maaşlarından keçəcək. Onlar matçın baş tutduğu oktyabrın 25-i üçün pul almamağa qərar veriblər.
Qeyd edək ki, “Lester”in 9:0 hesablı qələbəsi İngiltərə çempionatlarının tarixində yüksək dəstələrdə ən fərqli səfər qalibiyyəti olub. “Sauthempton” isə öz tarixində ən ağır məğlubiyyətə üzülüb.
APA