“Norm” MMC təşkilatı hüquqi formasını dəyişib Azərbaycanın qiymətli kağızlar bazarına girir.
Banker.az-ın xəbərinə görə, təşkilati-hüquqi forması dəyişərək Açıq səhmdar cəmiyyətinə çevrildiyini elan edir.
Bildirək ki, Norm Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı il tarixdə dövlət qeydiyyatına alınıb. “Norm”un hazırda nizamnamə kapitalı (bundan sonra səhm kapitalına çevrilir həmçinin) 161,96 mln. manatın üzərindədir. Bildirək ki, hazırda Azərbaycanda bu zavodun əsas rəqibi dünyaca məşhur brend – “Holcim”in ölkəmiz üzrə törəməsi “Holcim Azərbaycan” ASC-dir. Bu cəmiyyətin isə nizamnamə kapitalı cəmi 31,81 mln. manat təşkil edir.
Ötən ili “Norm” uğurlu maliyyə göstəriciləri ilə tamamlaya bilib. Belə ki, 2018-ci ilin maliyyə hesabatına əsasən “Norm”un gəlirləri 149,45 mln. manat olmaqla xalis mənfəəti 34,81 mln. manat illik xalis mənfəət təşkil etmişdi.
Sənaye sahəsində layihələr həyata keçirmək məqsədilə yaradılan şirkət 2008-ci ildən etibarən bütün qüvvəsini Sement zavodu layihəsinə yönəltmişdir.
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodlarından biri sayılır.