13 C
Baku
Monday, September 30, 2024

Uğurlu insanın əsas “qızıl” qaydaları

  • Heç kim heç kimə heç nə borclu deyil. “Məcburam” sözünü unudun və bu sözü fəal danışıq tərzinizdən çıxarın.
  • Sizə xəyanət edən insanlara geri dönməyin. Onlar dəyişmirlər.
  • Başqalarının arzularına lağ etməyin.
  • Zəng edəcəyinizə söz vermisinizsə, zəng edin.
  • Televizora baxmayın. Heç vaxt.
  • Ağlınıza ideya gəlib. Onu bir kənara qeyd edin.
  • İdmanla məşğul olun. O beyini mükəmməl şəkildə fəallaşdırır.
  • Daim şikayətlənmək vərdişindən imtina edin. Heç kimi başqalarının problemi maraqlandırmır.
  • Şayiələrə uymayın.
  •  “İrəliyə hərəkət” barədə eşitmisiniz? Yoxlayın, kömək edəcək.
  • Hətta ən qızğın mübahisə zamanı belə qarşınızdakı insanı zəif nöqtəsindən vurmayın. Tezliklə barışacaqsınız, sözlər isə heç vaxt unudulmayacaq…
  • Hər zaman doğrunu deyin və harada, nə dediyinizi yadda saxlamalı olmayacaqsınız.
  • Günün əvvəlində ən çətin və sevmədiyiniz işi yerinə yetirin.
  • Səhvlərinizi qəbul etməyi bacarın.
Son xəbərlər
Digər xəbərlər