9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda əmlak sığortası üzrə rəqəmlər gözləntilərin əksinə “üzür”

BANKER.AZ/ Azərbaycanda cari ilin 9 ayı ərzində “Binə”, “Sədərək” və ən böyük məlum hadisə – “Diqlas” ticarət mərkəzində yanğınlar baş verməsinə rəğmən ölkənin sığorta iştirakçıları “sürpriz” ödəniş rəqəmləri açıqlayıb.

Maliyyə Bazarlarına Nəzarət Platasının yanvar-sentyabr ayları üzrə sığorta bazarının icmalında qeyd edilir ki, sığorta şirkətləri  əmlakın yanğından və digər risklərdən sığortası  cəmi 1,69 mln. manat ödəniş ediblər.

Bu hətta ötən ilin eyni dövründə – halbuki, bu növ hadisələr daha az baş vermişdi – 1,78 mln. manat təşkil edirdi.

Bu növ sığorta növünə təkcə ticarət mərkəzlərindəki yanğın daxil deyil. Daşınmaz əmlakın sığortalanması obyektlərinə binalar, müxtəlif tikililər, liftlər, eskalatorlar, antenlər və s. aiddir. Sığorta şəhadətnaməsində göstərilməsi və əlavə sığorta haqqı ödənilməsi şərti ilə bu siyahıya digər obyektlər də daxil edilə bilər. Məsələn, dənizdə və quruda olan platformalar, qazma quyuları, qüllələr, özüllər, hasarlar, meydançalar, hovuz və sığortalının mülkiyyətində, icarə və istifadəsində olan digər əmlak.

diqlas e1553685242966
2019-cu ilin martı -Diqlas TM yanır

“Diqlas” kimi iri bir ticarət mərkəzinin yanğınından sonra bir çox biznes sahiblərinin bu sahəyə marağının artacağını gözlədiyimiz halda rəsmi rəqəmlər bunun əksinin baş verdiyini deməyə əsas verir. Məsələn, ötən ilin yanvar-sentyabr ayları ərzində şirkətləri əmlakın yanğından və digər risklərdən sığortası  üzrə 48,29 mln. manatdan çox sığorta yığımı edildiyi halda, cari ilin eyni dövründə 22% daha az, yəni, 37,87 mln. manatlıq sığorta yığımı əldə edilib.

Bildiyimiz kimi ölkədə mövcud qanunvericiliyə əsasən sahibkarların öz mallarını sığortalaması könüllü xarakter daşıyır. Bəzən sahibkarlar buna “bizə heç nə olmaz” kimi reaksiyalar verirlər.  Lakin, bunun əsas səbəbkarı təkcə fərdi sahibkarlar deyil. Məsələn, sığorta şirkəti öncə ticarət obyektinin yerləşdiyi məkanın risklilik səviyyəsini qiymətləndirərək sahibkarlarla müqavilə imzalayıb, imzalamayacağı qərarını verir. Burada sığortaçını da qınamaq asan deyil.

Digər bir məsələ isə əksər sahibkarların mallarının gizli saxlanılmasıdır ki, bu da sığorta şirkətlərinin malların dəqiq həcminin qiymətləndirməsində əngəllər yaradır.

Bu gün, Bakının mərkəzində ayrıca obyekti və texniki təhlükəsizlik şərtlərini qarşılayan, o cümlədən, malının rəsmi qeydiyyatını aparan tək-tük sahibkar həm əmlakını, həm də mallarını sığortalayır.

Maraqlıdır, ölkədə bu növ sığortaya könüllü üzvlərin sayının artması üçün hər hansısa motivlər olacaqmı?

Son xəbərlər
Digər xəbərlər