22 C
Baku
Monday, September 30, 2024

İsrail şirkəti “WhatsApp” istifadəçilərini güdübmüş – “Facebook” məhkəmə iddiası qaldırıb

Ən böyük sosial şəbəkə platforması “Facebook” İsrail şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

TASS xəbər verir ki, “NSO Group” şirkəti “WhatsApp” istifadəçilərini qanunsuz izləməkdə ittiham olunur.

Kaliforniya məhkəməsinə verilən iddiada bildirilir ki, İsrail şirkəti “WhatsApp”ın ABŞ-da və digər ölkələrdə serverlərindən istifadə edərək istifadəçilərə ziyanverici proqram təminatı yollayıb. Bu proqram təminatı gizli izləmə həyata keçirmək üçün vasitədir. Bununla da qanunsuz olaraq istifadəçilərin yerdəyişməsi, zəngləri və mesajları izlənib.

Bu ilin may ayında “Facebook” və onun kurasiyasına daxil olan “WhatsApp” İsrail şirkətinin qanunsuz fəaliyyətinin izinə düşüb və onun qarşısını alıb. Lakin “NSO Group”un fəaliyyəti zamanı 1400 nəfərə yaxın insanın zərər çəkdiyi bildirilir.

“NSO Group” Bəhreyn, BƏƏ, Meksika və digər ölkələrdən sifarişlər alaraq bəzi məmurları, jurnalistləri, hüquq müdafiəçilərini, vəkilləri güdüb və təqib edib.

İddiaçılar şirkətin fəaliyyətinə xitam verilməsini və vurulan ziyanın ödənilməsini tələb edirlər.

Son xəbərlər
Digər xəbərlər