10 C
Baku
Thursday, December 12, 2024

Avtomobil sığorta bazarı canlanmağa başladı

Avtomobil sığortası üzrə şirkətlərin sığorta haqqları ötən ilin eyni dövrü ilə müqayisədə azalmağa doğru getməsinə baxmayaraq, ötən ay ilə müqayisədə sığorta haqqlarında artım qeydə alınıb.

Banker.az Sığorta Nəzarəti xidmətinə istinadən xəbər verir ki, hazırda sığorta şirkətlərinin avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta haqqları 11 447 586.99 manat təşkil edib.

Lakin ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqqlarında ciddi azalma göz qabağındadır.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta haqqları 16 010 808.22 manat təşkil edirdi. Bu da onun göstəricisidir ki, sığorta haqqları 4 563 222 manat, 29% azalıb.

Lakin ötən ay ilə müqayisədə avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta haqqlarında artım qeydə alınıb. Belə ki, ötən ay sığorta haqqları 8 179 772.2 manat təşkil edirdi. Yəni son bir ay ərzində sığorta haqqları 3 267 815 manat, 40 % artıb.

Son xəbərlər
Digər xəbərlər