8 C
Baku
Thursday, December 12, 2024

Depozit və kreditlərin milli və xarici valyutada orta faiz dərəcəsi aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı  2019-ci ilin oktyabr ayının 1-ə olan depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edirək xəbər verir.

2019-ci ilin oktyabr  ayında verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,34%, xarici valyuta ilə 6,64% təşkil edib. Oktyabr ayı ilə sentyabr ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,03 faiz bəndi azalıb, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi  0,2 faiz bəndi azalıb.

Oktyabr ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 17,13% , xarici valyutada 11,36% olub. Hüquqi şəxslərə həmin ayda kreditlər manatda orta hesabla 9,10%, xarici valyutada 5,51% təşkil edib.  Belə ki, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcələri manatda 0,03 faiz bəndi azalıb. Hüquqi şəxslərə verilən kreditlərin orta faiz dərəcələri isə manatda 0,02 faiz bəndi azalıb, xarici valyutada isə 0,07 faiz bəndi azalıb.

Mərkəzi Bankın statistikasına əsasən,  oktyabr ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,57% , xarici valyuta ilə 1,98% təşkil edib. Ötən ay ilə müqayisədə oktyabr ayında manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 0,02 faiz bəndi azalıb, xarici valyutada isə  depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 0,06 faiz bəndi azalıb.

Oktyabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,74%, xarici valyutada isə 1,27%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10,07%, xarici valyutada isə 2,56% olub.

Son xəbərlər
Digər xəbərlər