1 C
Baku
Saturday, December 14, 2024

Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin üçüncü rübündə real sektoru dəstəkləməyə davam etmişdir

Bankın 2019-cu ilin üçüncü rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə artaraq 22.7 mln AZN-ə çatmışdır.

Uzun illərdir uğurla fəaliyyətini davam etdirən “Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin üçüncü rübü üzrə xalis mənfəətini keçən ilin müvafiq dövrü ilə müqayisədə 39 % artıraraq 3,8 mln manata çatdırmışdır.

Yapı Kredi Bank Azərbaycan ölkədə real sektorunun dəstəklənməsi istiqamətində, o сümlədən Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq iqtisadiyyatın maliyyələşdirilməsi fəaliyyətini davam etdirmişdir və kredit portfelini 181.1 mln manata qədər yüksəltmişdir. Kredit portfelinin iqtisadi sahələr üzrə strukturuna nəzər yetirdikdə bankın əsasən qeyri-neft sektorunu maliyyələşdirdiyini görmək mümkündür.

Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın I dərəcəli kapitalı 8% artaraq 66.7 mln AZN, məcmu kapitalı 7% artaraq 72,4 milyon AZN olmuşdur.

 

Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 31.8%-ə, məcmu kapitalın  adekvatlıq  əmsalı 34.5%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.

 

Yapı Kredi Bank Azərbaycan  Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Son xəbərlər
Digər xəbərlər