Amerikanın Forbes jurnalı, ölümdən sonra da böyük pul qazanmağa davam edən məşhurların illik reytinqini dərc edib.
Reytinq iştirakçılarının ümumi sayı 13-dür, onlardan 9-u musiqiçidir.
1. Michael Jackson: 60 milyon dollar
Ölüm tarixi: 25 iyun 2009-cu il
Ölüm səbəbi: doza aşımı/qətl
Pop musiqinin kralı hesab olunan Michael Jackson-un mahnılarını hələ də dinləyirlər. Ötən il ilə müqayisədə (1,8 milyard) bu il ABŞ-da onun albomlarını dinləyən insanların sayı 2,1 milyarda çatıb.
“Mijac Music” albomu, Las-Vegas şousu və Sony Jackson ilə başlanmış uzunmüddətli kontrakt sayəsində, Michael Jackson dünyasını dəyişməsinə baxmayaraq hələdə dünyanın ən zəngin ulduzlarından biridir.
2. Elvis Presley: 39 milyon dollar
Ölüm tarixi: 16 avqust 1977-ci il
Ölüm səbəbi: infarkt
Onilliklər ərzində “Graceland” ə hər il 500 mindən çox ziyarətçi gəlir və buna görə də sahiblər “Elvis Presley-in memfisi” adlı tikiliyə 45 milyon dollar yatırım etdilər.
3. Charles Schulz: 38 milyon dollar
Ölüm tarixi: 12 fevral 200-ci il
Ölüm səbəbi: xərçəng xəstəliyi
“Snoopy” personajının yaradıcısı olan Charles Schulz, ölümdən sonra da pul qazanmağa davam edir.
Bu il reklamında “Snoopy” dən istifadə edən “Met Life” sığorta şirkəti ilə başlanmış müqavilənin müddəti başa çatır.
4. Arnold Palmer: 30 milyon dollar
Ölüm tarixi: 25 sentyabr 2016-cı il
Ölüm səbəbi: ürək xəstəliyi
Dünyasını dəyişmiş golfçu “MasterCard” və “Rolex” ilə əməkdaşlıq sayəsində qazanır.
Qeyd edək ki, “Arizona” nın istehsal etdiyi alkoqolsuz içki və “MolsonCoors” un istehsal etdiyi alkoqollu içki idmançının adını daşıyır.
5. Bob Marley: 20 milyon dollar
Ölüm tarixi: 11 may 1981-ci il
Ölüm səbəbi: xərçəng xəstəliyi
ABŞ-da Bob Marley-nin mahnılarına demək olar ki, 1 milyard insan qulaq asır. “House of Marley” brendinin buraxdığı qulaqcıqlar və dinamiklər də məhz bu populyarlığın sayəsində satılır.
6. Dr. Seuss: 19 milyon dollar
Ölüm tarixi: 24 sentyabr 1991-ci il
Ölüm səbəbi: xərçəng xəstəliyi
“Hallmark”, “Universal Studios” və digər şirkətlərlə lisenziya müqavilələri son 12 ayda ABŞ-da 5 milyondan çox kitab satan nəşriyyat imperiyasının böyüməsinə kömək etdi.
7. John Lennon: 14 milyon dollar
Ölüm tarixi: 8 dekabr 1980-cı il
Ölüm səbəbi: qətl
“Abbey Road” un buraxılmasının əlli illik ildönümü, “The Beatles”-in striming xidmətlərində populyarlaşmasına səbəb olmuşdur.
Son bir ildə təxminən 2,2 milyon albom ekvivalenti satılıb. Lennon-un şəxsi kataloq satışları isə 52% artıb.
8. Marilyn Monroe: 13 milyon dollar
Ölüm tarixi: 5 avqust 1962-ci il
Ölüm səbəbi: doza aşımı
Marilyn Monroe ən zəngin ulduzlardan biridir, dünyasını dəyişsə də aktrisa “Zales”, həmçinin “Chanel” və “Montblanc” kimi tanınmış brendlərlə əməkdaşlıq hesabına pul qazanmağa davam edir.
9.Prince: 12 milyon dollar
Ölüm tarixi: 21 aprel 2016-cı il
Ölüm səbəbi: doza aşımı
“Bənövşəyi yağış” ın ulduzu mahnılarını satmağa davam edir. Bir il ərzində Prince 320 min ədəd albom satıb, onlayn dinləmələrin sayı isə yarım milyardı aşır (ötən il ilə müqayisədə 12% çoxdur).
10. Nipsey Hussle: 11 milyon dollar
Ölüm tarixi: 31 mart 2019-cu il
Ölüm səbəbi: qətl
Bu gün onun mahnılarının dinləmələrinin sayı 1,85 milyarddan çoxdur (reytinq iştirakçıları arasında üçüncü yer alır).
11. XXXTentacion: 10 milyon dollar
Ölüm tarixi: 18 iyun 2018-ci il
Ölüm səbəbi: qətl
Bu gün Cənubi Florida əsilli reper ABŞ-ın ən çox dinlənilən musiqiçilərindən biridir (5,6 milyard dinləmə).
11. Whitney Houston: 9,5 milyon dollar
Ölüm tarixi: 11 fevral 2012-ci il
Ölüm səbəbi: suda boğulma
Bu ilin may ayında müğənninin mirasının yarısının müəllif hüquqlarının 7 milyon dollara satılması, 175 milyon dəfə dinlənən “Higher Love” kaverinin uğuru, musiqiçiyə Forbes reytinqində debüt etməyə imkan verdi.
Ölüm tarixi: 29 noyabr 2001-ci il
Ölüm səbəbi: xərçəng xəstəliyi
Lennon kimi, Harrison da “The Beatles” albomlarının yenidən buraxılmasından, eləcə də Las Veqasdakı möhtəşəm dördlük haqqında “Cirque du Soleil” şousundan bəhrələndi. Bu, musiqiçiyə 2011-ci ildən bəri ilk dəfə olaraq yenidən Forbes reytinqinə qayıtmaq imkanını verdi.