Fond birjaları ikinci dərəcəli qiymətli kağızlar bazarının funksiyalarını həyata keçirir. Mülkiyyət hüququnun və səhm emitent borclarının bölgüsü, həmçinin qiymətli kağızlarla ifadə edilmiş mülkiyyət hüquqlarının əsas dövriyyəsi onlar vasitəsilə baş turur.
İkinci dərəcəli (təkrar) bazarda təşkilati ticarət nəhəng ilkin investisiya strukturları ilə nisbətən kiçik investorlar arasında səhmlərin yenidən bölüşdürülməsinə xidmət edir. Fond birjası sayəsində istənilən şəxs, istər vasitəçi ilə, istərsə də birbaşa, qiymətli kağız sahibi ola bilər. Bazarda özəl investorların olması iqtisadiyyata inkişaf üçün yeni pul vəsaitləri cəlb etmək imkanı yaradır.
Beləliklə, fond birjalarının əsas funksiyası qiymətli kağızlar ilə ticarətin təşkil edilməsidir. Hazırda demək olar ki, bütün birjalar elektron xarakterlidir. Daha doğrusu, ticarət qapalı elektron sistem əlaqəsi istifadə edilərək təşkil edilir. Adi fond birjasının infrastrukturu avtomatik rejimdə işləyən bir neçə mərkəzdən ibarətdir:
- Ticarət sistemi – əməliyyatlar üzrə ərizələri toplayır və qiymət uyğunluğu zamanı onları qeydə alır.
- Clearing (hesablama) kamerası –ticarət iştirakçılarının pullarını qeydə alır, müqavilənin hər iki tərəfinin pul resurslarını təşkil edir və hesablayır.
- Depozitar mərkəz – Ticarət iştirakçılarının hesablarındakı qiymətli kağızların qeydiyyatını aparır, müqavilənin hər iki tərəfinin hesabındakı vəsaitləri hesablayır və tədarük görür.
Fond birjalarının digər vacib funksiyası likvidliyi – tez və ciddi xərclər olmadan qiymətli kağız alıb/satmaq imkanını təşkil edir. Bu bazarda mövcud olan çoxlu sayda qiymətli kağızlar sayəsində baş tutur.
Fond birjalarının fəaliyyəti dövlət səviyyəsində lisenziyalaşdırıldığından platformalarda bəzi tənzimləyici funksiyalar yaradılmışdır. Adətən bu qiymət manipulyasiyası, birjada fırıldaqçılıq cəhdlərinin qarşısını almağa yönəldilib.