Troya – Kiçik Asiyada, Egey dənizin sahilində, Dardanel boğazının giriş hissəsinə yaxın ərazidə yerləşirdi. Şəhər müəllifi Homer olan “İliada” poemasında “baş rola” sahib idi. Tarixçilər Homer tərəfindən əsərdə şəhər ilə bağlı təsvir edilən hadisəni krit-miken dövrünə aid edirlər. Qədim zamanlarda burada məskunlaşan əhalini isə alimlər tevkrlər adlandırırlar.
Müasir tarixçilər arasında isə belə iddia mövcud idi ki, guya Troya Bunarbaşi qəsəbəsinin yerində yerləşirdi.
Troyadan ilk tapılan arxeoloji nümunə diametri 100 m-dən çox olan bir qala idi və aydındır ki, bu qala uzun bir dövr boyu mövcud olmuşdur.
Troya eramızdan əvvəl 1260-cı ildə süquta uğrayır. Troya müharibəsi bütün dünya tarixində öz əhəmiyyətli nəticələrini həkk etmiş bir müharibə olub.
Troya demək olar ki, iki min il Qara dənizdən Aralıq dənizinə gedən yola nəzarət etmişlər.