ABŞ-ın dövlət katibi Maykl Pompeo Birləşmiş Ştatların iqlim üzrə Paris razılaşmasından çıxdığını bildirib.
Bu barədə Report agentliyi TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, dünən çıxış prosesinin rəsmiləşdirilməsinə başlanıb.
Razılaşmanın qüvvədə olma müddəti 1 il sonra başa çatır.
Pompeo əlavə edib ki, Amerika administrasiyası BMT-yə öz qərarı barədə xəbərdarlıq edib.