10 C
Baku
Thursday, December 12, 2024

Baş direktorun istefası “McDonald’s” səhmlərinin düşməsinə səbəb oldu

Şirkətin baş direktoru Steve Easterbrook-un istefası xəbəri “McDonald’s” səhmlərinin 2% düşməsinə səbəb olub. CNBC-nin verdiyi məlumata görə, indi səhmlərin bazar dəyəri 140 milyard dollar təşkil edir.

“Business Insider” bunun nəticəsində şirkətin dəyərinin 4 milyard dollar azalmasına gətirib çıxardığını bildirir. Nəşrin verdiyi məlumata görə, Steve Easterbrook-un 2015-ci ildə baş direktor vəzifəsinə təyin edilməsindən sonra səhmlərin dəyəri demək olar ki, iki qat artıb. Vəzifədə olduğu müddətdə o “fast food” restoranlar şəbəkəsinin menyusunu yeniləyib, həmçinin “McDelivery” xidmətini işə salıb.

Steve Easterbrook-un yerinə “McDonald’s” un amerikan filialının prezidenti 51 yaşlı Chris Kempinski təyin olunacaq. “O, şirkətin davamlı uğurları üçün planlarını müəyyənləşdirəcəkdir. Ümumiyyətlə, ABŞ-da şirkətin qlobal böyüməsini və biznes liderliyini təmin edən strateji planının hazırlanmasında Chris mühüm rol oynayıb”.

Qeyd edək ki, Kempinski karyerasını “Procter & Gamble Co.” da brend-menecer vəzifəsində başlamışdır. Daha sonra o “PepsiCo Inc.” şirkətinə qoşularaq qazsız içkilər sektorunda marketinq üzrə vitse-prezident vəzifəsinə təyin edilib. Onun “McDonald’s” a gəlişi 2015-ci ilə təsadüf edir, həmin ildə Kempinski təxminən 14 min restorandan ibarət olan şəbəkənin işini idarə edib.

2018-ci ilin ikinci rübündə şirkətin mənfəəti 5,34 milyard dollar təşkil edib (1% artım), ABŞ-da satışlar 5,7% artıb.

 

Son xəbərlər
Digər xəbərlər