2 C
Baku
Saturday, December 14, 2024

Enerji tələbatı 2040-cı ildə gündə 357 milyon bareli ötəcək

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Ümumdünya Neft Outlook Hesabatına görə, 2040-cı ilə qədər qlobal enerji tələbatı hər il orta hesabla 1% artaraq gündəlik 357,5 mln barel neft ekvivalenti təşkil edəcək.

Report agentliyi xəbər verir ki, 2040-cı ildə qalıq yanacaqların qlobal enerjidəki payı 75%-i keçəcək. Qalıq yanacaqlar içində neft 28,2%-lə birinci olacaq, onu 25,2%-lə təbii qaz, 21,5%-lə kömür izləyəcək.

Enerji tələbatında bərpa olunan enerji mənbələrinin payı 2040-cı ilədək 19%, nüvə enerjisinin payı isə 6,1% olacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bölgəsinin enerji tələbatı hesabat dövründə azalaraq 3,1 milyon barel neft ekvivalentinə düşəcək, OECD üzv olmayan ölkələrdə isə gündəlik tələbat 74,8 milyon barel neft ekvivalentinədək artacaq.

Qlobal neft tələbatı 2040-cı ildə gündəlik 110,6 milyon barel olacaq. OECD bölgəsindəki tələbat 38,3 milyon barel, OECD üzv olmayan ölkələrin neftə olan tələbatı isə gündəlik 72,3 milyon barelə çatacaq.

Son xəbərlər
Digər xəbərlər