13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycana iki beynəlxalq mükafatı Yapı Kredi Bank Azərbaycan gətirdi

İngiltərədə fəaliyyət göstərən dünyaca məşhur jurnallardan biri Global Banking and Finance Review Yapı Kredi Bank Azərbaycanı “Azərbaycanın ən yaxşı Yeni Pərakəndə Bankı” və “ Azərbaycanın ən innovativ korporativ bankı” adına layiq gördü.

Global Banking and Finance Review ölkəmizdə 1998-ci ildən fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycanın korporativ və pərakəndə bankçılıq sektorunda özünün davamlı səyləri nəticəsində əldə etdiyi uğurları tanıyır və yüksək qiymətləndirir.  Yapı Kredi Bank Azərbaycan innovativ texnologiyalara yatırımlar edir, insan resurslarının inkişafına, məhsullarının ixtisaslaşmasına önəm verir, eyni zamanda həm korporativ, həm pərakəndə müştərilərinin ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəmir.

Yapı Kredi Bank Azərbaycan 1998-ci ildə qurulan və hal hazırda Azərbaycan üzrə 16 filial və 26 ATM-lərlə müştərilərinə sərhədsiz xidmətlər təklif edən bankdır. Müştərilərinin bank əməliyyatlarını asan və sürətli şəkildə həll edə bilməsi üçün, 7/24 İnteraktiv Səsli Cavablandırma sistemi ilə çalışan Telefon Mərkəzi və müasir həllər təklif edən İnternet Bankçılıq xidmətini bu il istifadəyə vermişdir.

Yapı Kredi Bank Azərbaycan pərakəndə bankçılıq sektorunda da müxtəlif uğurlara imza atmışdır. Belə ki, dünyanın ən böyük on markalarından biri Worldcard-ı Azərbaycana gətirmiş və hal hazırda 2000-dən çox alış-veriş şəbəkəsi və 75 mindən çox müştəri portfelinə sahibdir.

Bank və onun xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az və 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər