7 C
Baku
Thursday, December 12, 2024

Ticarət müharibəsi səbəbindən ABŞ-ın Çindən idxalı $35 mlrd. azaldıb

2019-cu ilin birinci yarısında ABŞ-ın Çindən idxalı 35 milyard dollar azalıb, ticarət tariflərinin artması istehlak qiymətlərinin artmasına səbəb olub.

BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) ekspertləri, BMT Baş Assambleyasının saytında dərc edilmiş hesabatda ticarət müharibəsinin mənfi nəticələrinin həm Çin, həm də ABŞ üçün özünü büruzə verdiyini qeyd ediblər.

Məlumata görə, Donald Tramp administrasiyasının ticarət tariflərini qaldırması səbəbindən ABŞ-ın Çindən idxalı 2019-cu ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 25% azalıb (130 milyard dollardan 95 milyard dollara qədər).

Tədqiqatda qeyd edilir ki, amerikan şirkətləri ticarət tariflərinin artımını qismən kompensasiya etsələr də, bəzi şirkətlər rüsum artımından əvvəl bağlanmış uzunmüddətli müqavilələrə görə qiymət artımını təxirə salıblar.

ABŞ və Çin arasındakı ticarət qarşıdurması davam edərsə, şirkətlər ABŞ-da məhsulların qiymətini qaldırmaq məcburiyyətində qalacaqlar.

 

Son xəbərlər
Digər xəbərlər