Bu ilin yanvar-sentyabr aylarında gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı elektron ödəmə sistemləri vasitəsi ilə keçirilən ödənişlərin həcmi artıq 200 mlrd. manata yaxın olub.
Bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59% artıb və 3,3 mlrd. manat təşkil edib.
A. Quliyev əlavə edib ki, elektron ticarətdə müsbət nəticələr müşahidə olunub. Belə ki, cari ildə elektron ticarətin həcmi 2 dəfə yaxın artıb və 2,2 mlrd manat təşkil edib.
©APA-Economics