-1 C
Baku
Sunday, December 15, 2024

“Aqrolizinq”in rəhbəri işdən niyə çıxdı?

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” MMC-nin sədri Əli Bayramov bu gün öz ərizəsi ilə işdən çıxıb. 

Əli Bayramov istefa ərizəsini səhhətində yaranan problemlər üzündən yazdığını deyib: “Səhhətimdə problem yarandı. Həkimə müraciət etdim. O isə müalicə lazım olduğunu bildirdi. Buna görə işdən getməli oldum”, – deyə Əli Bayramov bildirib.

Əli Bayramov 1959-cu ildə Qərbi Аzərbаycаnın Göyçə mаhаlının Bаsаrkеçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub. Şişqаyа kənd оrtа məktəbini bitirib. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1981-ci ildə iqtisadçı ixtisasını bitirib.

Ali təhsil aldıqdan sonra Material Ehtiyatları Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunub. Daha sonra “Aqrolizinq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər