15 C
Baku
Thursday, May 9, 2024

Avropa yeni böhran astanasındadır

2019-cu ilin sonunda Avropa iqtisadiyyatı 2013-cü ildən bəri ən aşağı nəticələr göstərəcək – onun artım tempi ötən il ilə müqayisədə (2,3%) cəmi 1,4% təşkil edəcək. Bu məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi saytında dərc hesabatdan götürülüb.

Müəlliflər 2020-ci ildə ÜDM-un artım tempinin 1,8%, 2021-ci ildə isə 1,9% olacağını gözləyirlər. Eyni zamanda, qitədə iqtisadiyyatı inkişaf etmiş ölkələrdə göstəricilər bütövlükdə Avropa ilə müqayisədə daha pis olacaq: 2019-cu ildə 1,3%, 2020-ci ildə 1,5%, 2021-ci ildə isə 1,6%.

Avrozonanın gələcəyi ilə bağlı olan proqnozlar bundan da zəif olub. BVF-nun verdiyi məlumata görə, bu artım 1,2%, növbəti iki ildə isə 1,4% təşkil edəcək.

Zəif artımın səbəbləri arasında qlobal tələbin azalması ilə yanaşı Avropa ölkələrində kapital xərclərinin azalması göstərilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər