22 C
Baku
Monday, September 30, 2024

Pulsuz beynəlxalq zəng xidmətləri

1. Evaphone

Bu saytda səhifənin yuxarısında nömrəni yığmaqla istənilən yerə zəng etmək mümkündür. Saytın pulsuz danışıq üçün qoyduğu limit dolduqdan sonra zənglərin haqqını ödəmək lazım gələcək. Zənglərin haqqı isə üzünüzdə təbəssüm yaradacaq qədər ucuzdur.

2. FreeCall

Bu xidmətdən istifadə etmək üçün Windows, Linux, Mac tətbiqetməsini yükləmək lazımdır. Bu xidmətlə dünyanın istənilən ölkəsinə zəng edə, hətta sms də göndərə bilərsiniz. Zənglərin limiti 300 dəqiqə və 1 həftədir. Dəqiqələri digər həftəyə keçirmək mümkün deyil.

3. Calleasy

Bu saytın pulsuz zənglər üçün yalnız bir məhdudiyyəti var. Bir dəqiqəsi 5 avro sentdən ucuz olan ölkələrə istənilən qədər zəng etmək mümkündür. Xidmətin tarif səbətində bu ölkələrin sayı 50-ə yaxındır.

4. PokeTalk

Bu sayt vasitəsilə zəng etmək üçün sizin qulaqcıq və mikrofona ehtiyacınız olmayacaq. Birbaşa olaraq mobil telefonla da zəng edə bilərsiniz. Limit isə bir ay üçün 50 zəng, bir zəng üçün isə 10 dəqiqədir.

5. Flash2Voip

Bu xidmət vasitəsilə browserdən birbaşa olaraq 30-dan çox ölkəyə zəng edə bilərsiniz. Bunun üçün hər hansı proqram yükləmək lazım deyil, sadəcə nömrəni daxil edib gözləyirsiniz.

6. MediaRing Talk

Bu xidmət vasitəsilə bir sıra qlobal “regionlara” pulsuz zəng etmək mümkündür. Bu regionlar isə ABŞ, Hollandiya, Asiya, Kanada, Avstraliyadır. Burada da zənglər üçün mobil telefondan istifadə etmək mümkündür.

7. Globe 7

Bu xidmət tək pulsuz zənglər deyil, həmçinin pulsuz sms, online radio və s. imkanlar yaradır və Windows, Mac, Linux tətbiqetmələri ilə işləyir.

8. iCall

Xidmət kompüterinizi mobil telefona çevirmək üçün sizin internet bağlantınızdan istifadə edir. Bunun üçün komputerin sadəcə telefon şəbəkəsinə qoşulması kifayətdir. İstədiyiniz qədər pulsuz zənglər edə bilərsiniz. Lakin ABŞ və Kanada üçün 5 dəqiqə məhdudiyyəti var. Lakin bununla belə, iPhone  və iPod Touch üçün tətbiqetmələri mövcuddur.

9. Jaxtr

Bu xidmətin köməkliyi ilə zəng etmək üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra xidmət sizə onun vasitəsilə zəng etməyiniz üçün mobil nömrə verir.

Son xəbərlər
Digər xəbərlər