6 C
Baku
Sunday, December 15, 2024

Avropanın yeni investisiya fondu Silikon Vadisi və Çini ötüb keçməyi planlaşdırır

Yeni təşkilat texnoloji startaplara investisiya qoyacaq.

Britaniyanın “Balderton Capital” vençur şirkəti, gələcəkdə texnoloji startaplara sərmayə qoyan 400 milyon dollarlıq yeni investisiya fondu açır. Bu haqda CNBC məlumat verib.

“Balderton Capital” ın verdiyi məlumata görə. fond ildə təxminən 12 sərmayə yatırmı həyata keçirəcək. Ənənəvi olaraq, Avropa texniki sektorunun Amerika və Çindən, xüsusən də vençur kapitala gəldikdə geri qalması güman edilir. Son zamanlarda Avropa hakimiyyəti bundan narahat olmağa başlayıb. Ekspertlərin və investorların fikrincə, bu sektor böyümə potensialına malikdir.

Yeni investisiya fondunun əməkdaşı Lars Fyeldso-Nilsen CNBC-yə verdiyi müsahibədə qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropa Silikon Vadisinin “Google” və “Facebook”, Çinin “Alibaba” və “Tencent” kimi nəhəng şirkətləri ilə rəqabət apara biləcək.

“Məncə, çox da geri qalmırıq”, – deyə “Uber” in keçmiş rəhbəri bildirir, – “Balderton-a gəlməmişdən əvvəl 10 il Silikon Vadisində çalışmışam. Və mənim buraya gəlməyim, məncə, bizim geridə olmamağımız deməkdir”.

Mütəxəssis əlavə olaraq qeyd edir ki, yeni investisiya fondunun yaradılmasına təkan verən amillərdən biri də amerikan investorların Avropanın özəl texnoloji sektoruna olan marağıdır.

“Əslində, biz bir çox ABŞ fondunun Avropaya da sərmayə qoyduğunu görürük, çünki texniki şirkətlərin səviyyəsi ABŞ-da gördüyümüzlə eynidir”, – o deyir, -“Lakin daha aşağı qiymətləndirilirlər. Və bu, çox cəlbedici bir fürsət yaradır”.

Son xəbərlər
Digər xəbərlər