Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il noyabrın 12, 13 və 14-də keçiriləcək iclaslarının gündəliyinə təklif olunan mövzular məlum olub.
Banker.az xəbər verir ki, bunlar aşağıdakılrdır:
- “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
- “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
- Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında.
- Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında.