Ötən ay Gürcüstana 153 780 nəfər Azərbaycan vətəndaşı gedib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 16 688 nəfər və ya 12% artıb.
Oktyabr ayında Azərbaycan vətəndaşları Gürcüstanın ən çox qəbul etdiyi xarici ölkə vətəndaşları arasında ikinci yeri tutub. Birinci yerdə 164 381 nəfərlə Ermənistan, üçüncü yerdə isə 133 584 nəfərlə Rusiyadır. Qonşu ölkəyə səfər edən Ermənistan vətəndaşlarının sayında illik müqayisədə 9% artım, Rusiya vətəndaşlarının sayında isə 11% azalma qeydə alınıb.
Hesabat ayında Gürcüstana dövlət sərhədlərini keçərək daxil olan əcnəbi vətəndaşların ümumi sayı 735 078 nəfər təşkil edib. Əcnəbilərin 339 811-i ölkədə 24 saat və daha çox qalıblar. 180 096-sı Gürcüstan ərazisindən tranzit, 215 171-i isə digər məqsədlər üçün istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə üz tutan əcnəbilərin sayı 73 037 nəfər artıb.
©Report