7 C
Baku
Sunday, December 15, 2024

Hakerlər Meksikanın “Pemex” şirkətindən 5 milyon dollarlıq bitkoin tələb edirlər

Meksikanın “Petroleros Mexicanos” (Pemex) neft-qaz korporasiyasının kompüterlərini blokladığını iddia edən hakerlər bitkoinlərlə 5 milyon dollar ödəməyi tələb edirlər.

Report agentliyi xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Bazar günü, noyabrın 10-da dövlət şirkəti dərhal zərərsizləşdirilən və 5%-dən az fərdi kompüterlərə təsir edən kiberhücumlar olduğunu qeydə alıb”, – şirkətin açıqlamasında bildirilir.

Agentliyin məlumatına görə, Meksika şirkətinin bəzi işçiləri bu gün viruslu kompütürlərdə “Pemex”dən 48 saat ərzində 565 bitkoin (cari məzənnə ilə, təxminən, 5 milyon dollar) tələb olunduğuna dair bildirişlər alıb.

Hakerlərin şirkətin daxili şəbəkəsini sındırması nəticəsində Meksikadakı bütün korporativ kompüterlər sıradan çıxıb, şirkət ödəniş sistemi də daxil olmaqla, bir sıra sistemlərin söndürülməsinə məcbur olub.

Son xəbərlər
Digər xəbərlər