Kreativlik reklam sahəsində yeni bir səhifə açmış ideyalardan biridir. Reklamın adi məhsul təqdimatından daha yaradıcı xarakterə keçdiyi 1960-cı illərdə Madison Avenue rəhbərliyi həm müştərilərin diqqətini çəkmək, həm də onların təxəyyüllərini ələ almaq məqsədilə müxtəlif üsullar axtarmağa başladı.
Aşağıda sizə keçmişin və indiki zamanın marketinq əfsanələrinin reklamda kreativliyin rolu barədə səsləndirdikləri ən məşhur sitatları təqdim edirik.
“Kreativliyi bir donuz balasını çimdirmək ilə müqayisə etmək olar. Bu çox çirkli işdir. Bunun nə aydın şəkildə olan başlanğıcı, nə ortası, nə də sonu bilinir. İşi bitirdiyinizdə isə donuz balasının təmiz olub-olmadığını, ümumiyyətlə bunu niyə etdiyinizi başa düşə bilmirsiniz” – Luke Sullivan, “Hey, Whipple, Squeeze This”-in müəllifi.
“Heç nə əbəs yerə yaranmır. Siz daim içərinizdə olan və daim sizi ilhamlandıran “vəhşi”-ni qidalandırmalısınız” – Corc Lois, Lois həmtəsisçisi, Hollandiya
“Kreativlik müxtəliş əşyaları birləşdirir. Yaradıcı insanlardan bunu necə etdiklərini soruşsanız, onlar özlərini bir qədər günahkar hiss edəcək. Çünki onlar heç nə etməyiblər, sadəcə başqalarının görə bilmədiyi nəyisə görə biliblər. Bir müddət keçdikdən sonra isə bunun nə olduğu onlara aydın olur” – Stiv Jibs, Apple yaradıcısı
“İstedaddan asılı olaraq ideyanı ya adi toza, ya da əsl sehirə çevirmək olar”- Uilyam Bernbach, “Doyle Dane Bernbach” agentliyinin həmtəsisçisi
“Kreativlik şən əhval-ruhiyyənin olduğu agentliklərdə çiçəklənir. Heç kim sadəcə gülmək üçün bizneslə məşğul olmur, lakin bu o demək deyil ki, biznesdə gülüş yoxdur” – Leo Bernett, the Leo Burnett Company
“İdeyaların əksəriyyəti qorxuludur, lakin əgər ideya qorxulu deyilsə, bu ümumiyyətlə ideya deyil” – Li Qlou, TBWA/Chiat/Day
“Xaos – sizin inkişaf etməyinizi istəyən yeganə şeydir. Bu sizin kreativ olmanıza yardım edən yeganə dostdur” – Den Weiden, Weiden + Kennedy
“Siz yalnız özünüz ola bilmərsiniz. Öz imkanlarınızı artırmaq barədə düşünün. Heç bir anlayışınızın olmadığı sahələr üzrə kitablar oxuyun. Heç vaxt ağlınıza gəlməyən yerlərə getməlisiniz. Daim yeni insanlarla tanış olmalı və dayanmadan öz bilik sahənizi genişləndirməlisiniz” – Meri Uells Lourens, Wells Rich Greene həm təsisçisi və keçmiş prezidenti.
“Kreativlik və innovasiyalıq aydın problemlərə gözlənilməz həll yolları, yaxud gözlənilməz problemlərə aydın həll yolları tapmaqdan ibarətdir. Yaxşı şirkətləri və qərarları təmsil etmək üçün öz yaradıcılıq qabiliyyətimizdən istifadə etməliyik” – Rey İnamoto, AKQA şirkətinin kreativ direktoru
“Yaxşı ideyalar zarafat kimi gəlir. Bunun üçün də öz təxəyyülünüzü bacardığınız qədər şən edin” – David Ogilvy, Ogilvy & Mather-in yaradıcısı.