1 C
Baku
Saturday, December 14, 2024

Məşhur ödəniş sistemi şirkəti müflis oldu

“EasyPay” şirkəti müflis elan edilib.

Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qərar çıxarılıb.

Bakıda və ölkənin regionlarında ən geniş ödəniş terminalları şəbəkəsinə malik olan “EasyPay”in dövlət orqanlarına borc öhdəliyi var. Hazırda tərəflər arasında borcların ödənilməsi ilə bağlı danışırlar aparılır. 

Ödəniş terminalları əksər yerlərdən götürülüb. “EasyPay” bəzi böyük ticarət obyektlərinə borclu olduğu üçün hələlik həmin obyektlərdə terminallar saxlanılır.  

Qeyd edək ki, bundan öncə “BTB Bank” ASC-nin “EasyPay” MMC ilə ikincinin borcuna görə məhkəmə çəkişməsi olub. Ödəniş terminalları kommunal, telekommunikasiya, sığorta və digər xidmətlərə görə ödəniş həyata keçirməyə imkan verirdi.

©BAKU.WS

Son xəbərlər
Digər xəbərlər