7 C
Baku
Sunday, December 15, 2024

Ərdoğanın səfərindən sonra erməni soyqırımının tanınmasına dair qətnamə dondurulub

ABŞ-ın hüquq Komitəsinin sədri Lindsey Graham, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdükdən sonra erməni soyqırımının tanınmasına dair qətnaməni “blok” edib. Bu haqda TASS məlumat verir.

“Bir qədər əvvəl prezident Ərdoğan ilə görüşüm olub. Ümid edirəm ki, Türkiyə və Ermənistan bu problemi həll edə biləcəklər”, – Graham bildirir. O əlavə olaraq qeyd edir ki, qətnamə keçmişdə baş verən hadisələrə görə deyil, gələcəkdə baş verə biləcək hadisələrə görə dondurulur.

Xatırladaq ki, erməni soyqırımının tanınmasına dair qətnamə ABŞ-ın Nümayəndələr Palatası tərəfindən oktyabrın 30-da dəstəklənib. Qeyd etmək lazımdır ki, hazırda erməni soyqırımını Almaniya, Argentina, Belçika, Kanada, İtaliya, Uruqvay və Rusiya tanıyır. Bəzi ölkələrdə, o cümlədən Fransa və İsveçrədə, insanlar erməni soyqırımını qəbul etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunurlar.

Türkiyə Birinci dünya müharibəsindən əvvəl və sonra Osmanlı imperiyası ərazisində baş verən hadisələri soyqırım kimi tanımaqdan imtina edir.

Son xəbərlər
Digər xəbərlər