Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində bu il oktyabrın 1-nə qədər Azərbaycan banklarına 633 milyon manat vəsait daxil olub.
Report agentliyi xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.
“Davam edən restrukturizasiya prosesi ilə əlavə vəsaitlərin də daxil olması gözlənilir. Akkumulyasiya olunmuş likvid aktivlərin real iqtisadiyyata yönəlməsinin sürətləndirilməsi məqsədilə hər bir bank üzrə ayrılıqda strategiya hazırlanıb. Strategiya əsasında ayrılacaq vəsaitlərin 58%-i KOS-lara, 23%-i mikro, 19%-i isə iri sahibkarlıq subyektlərinə ayrılması nəzərdə tutulub”, – deyə o, qeyd edib.