9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda pulu harda saxlamaq sərfəlidir?

Vətəndaşın əlində müəyyən qədər vəsait varsa, onu hara yatırım qoyması sərfəlidir? Dünya ölkələrində təklif edilən istiqamətlər çoxdur: banklara depozit şəkilində qoymaq, qiymətli kağızlara, səhmlərə yatırmaq, daşınmaz əmlak almağa və biznesə yönəltmək. Bunların hansıları Azərbaycan üçün keçərlidir? Yəni Azərbaycanda vətəndaş vəsaitini maliyyə sektorunun hansı seqmentinə yönəltməsi daha risksizdir?

Azərbaycanda banklara etibar etmək mümkün olsa da, buradan gəlirinin üstünə gəlir gətirmək şansı azdır. Hazırda kommersiya banklarına yatırılan depozitlər 9 faizdən yüksəkdirsə, kifayət qədər risklidir. Çünki Əmanətlərin Sığortalanması Fondu yalnız 9 faiz, maksimum 30 min manat həcmində olan depozitləri sığortalayır. Nəticədə şəxs burada qazanc deyil, pulunu yalnız illik inflyasiyadan qoruya bilir. Yenə də pulu sandıqda saxlayıb inflyasiyadan illik itkiyə məruz qalmaqdansa, bank ən sərfəli vasitə sayıla bilər.

Hazırda ölkədə fəaliyyət göstərən 43 bankdan 20-si etibarlı sayılır. Digələrinin məcmu kaptalı ilə bağlı problemləri olduğuna görə bağlanması təhlükəsi çoxdur. Amma «Royal Bank» təcrübəsi göstərdi ki, heç də ilk 20-yə daxil olan banklar hər zaman etibarlı olmur. Adıçəkilən bank bağlanandan sonra hələ də əmanətlərini geri ala bilməyən çoxlu sayda vətəndaş var.

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bütün seqmenqtləri incələdikcə Azərbaycanda risksiz sahə yoxdur: «Pulların depozitdə yatırılması nisbətən risksiz sayılır. Bu da əmanətlərin sığotalanmasından asılıdır. Yəni həm bankın özü Əmanətlərin Sığortalanması Fondunun üzvü olmalıdır, həm də qoyulan depozit sığorta faizindən yüksək olmamalıdır. Gəlir götürmək üçün 9-10 faidən yuxarı təklif edilən faizlərlə əmanət yatırmaq olar. Burada bankın Mərkəzi Bankın tələblərini nə dərəcədə yerinə yetirməsindən asılıdır».

A.Nəsirliyə görə, dünyada ən etibarlı yatırım daşınmaz əmlak hesab edilir: «Xüsusilə, iqtisadiyyatı təbii sərvətlər üzərində qurulan dövlətlərdə bu sektor risksiz hesab edilir. Belə ölkələrdə iqtisadiyyatın başqa sahələrində inkişaf zəifdir. Habelə, ölkəyə daxil olan maliyyə vəsaitləri artdıqca daşınmaz əmlak bazarıda da qiymətlər bahalaşır. Məhz Azərbaycanda da belədir. Təəssüf ki, bu gün ölkədə insanların mülkiyyət toxunulmazlığı olmadığına görə, bu seqmentə qoyulan yatırımı da risk altına atır. Hazırda Mənzil Məcəlləsinin özü vətəndaşın əmlakının qoyurunması üçün əsas deyil. Son illərin təcrübəsi göstərilir ki, istənilən daşınmaz əmlak dövlət xeyrinə alına bilər, hər an sökülmə təhlükəsi var. «Sovetiski»də dəyəri 100-150 min manat olan evlərə cəmi 30-40 min manat kompensasiya verildi. Buna baxmayaraq, orta təbəqə əsas üstünlüyü sökülmə ehtimalı az olan ərazilərdə mənzil almağa verir, nəinki kommersiya obyektlərinə. Kommersiya obyektlərində risklilik mənzil bazarından qat-qat yüksəkdir».

A.Nəsili deyir ki, sözügedən bazarda əsas yüklənmə Bakı şəhərində olduğuna görə burada qiymətlər real dəyərindən qat-qat bahadır.

Yeri gəlmişkən, daşınmaz əmlak bazarında digər risklilik fırıldaqçılıqların sayının artmasıdır. Xüsusilə, ilkin mənzil bazarında və obyektlərin satışında belə hallar çox olur. İndiyədək olan təcrübə isə göstərib ki, MTK-lar tərəfindən aldadılan şəxslərin vəsaitləri geri qaytarılmayıb.

Səhm və qiymətli kağızlar bazarına gəlincə, təəssüf ki, adi vətəndaşlar bununla bağlı geniş biliyə malik deyillər. Onlar düşünür ki, sözügedən maliyyə seqmentinə qoyduqları yatırım bata bilər. «Turan»ın eksperti Hafiz Babalı öz açıqlamasında dedi ki, məlumatsız bir şəxsin Azərbaycanın səhm, qiymətli kağızlar bazarına daxil olması çox böyük riskdir: «Ona görə ki, bu bazar haqqında elementar məlumat almaq imkanları olduqca məhduddur. Birincisi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat bazasında emitetlər haqqında informasiya açıqlamır. İkincisi, emitetlər öz qiymətli kağızları və maliyyə durumları haqqında illik hesabatlarını açıqlamırlar. 1600-dən çox səhmdar cəmiyyətləri maliyyə hesabatlarını təqdim etmirlər. Əlbəttə, burada söhbət bank olmayan səhmdar cəmiyyətlərdən gedir. Bakı Fond Birjası məhdud informasiya təqdim edir. Burada yalnız birja məlumatları olur və bazara daxil olmaq üçün əsas verir. Çünki birjada səhmlərin nominal dəyərinə üstünlük verilir. Bu da onların real qiyməti ilə uyğun gəlmir. Bu şəkildə səhm bazarına investisiya yönəltmək böyük risk daşıyır».

H.Babalının fikrincə, istiqrazlar bazarında vəziyyət bir qədər fərqlidir. Burada risklilik çox aşağıdır: «İstiqraz emissiya edən təşkilat öz maliyyə hesabatını da açıqlayır. Gəlirliliklə bağlı üzərinə götürdüyü öhdəliyi 99 faiz həyata keçirir. Burada risk daşımaq məsələsi o qədər də aktual deyil. İstiqrazlar üzrə faiz dərəcələri 3 faizdən 15 faizə qədər dəyişir. Sadəadə vətəndaşının bu bazara girmək imkanları məhduddur, çünki informasiya mənbələri azdır».

Ekspert deyir ki, böyük kapitala malik olan insanlar vəsaitlərini iki istiqamətə-depozitlərə və daşınmaz əmlaka yönəltməkdə daha çox maraqlıdırlar.

Bizim Yol qəzeti

Son xəbərlər
Digər xəbərlər