“Hazırda Azərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi əhali abunəçiləri üzrə 90%, kommersiya müəssisələri üzrə isə 100%-dir”.
Report agentliyi xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.
“Bu gün istilik sistemi elə qurulub ki, istilik xəttləri bir evdən digər evə keçir və buna görə də borclu abunəçilərin istilik təchizatını dayandıra bilmirik. Bunu yalnız məhkəmə yolu ilə edə bilirik”, – deyə o, əlavə edib.